10 C
Baku
Friday, December 13, 2024

“Visa” loqosunu və şriftini yeniləyib – Video

“Visa” şirkəti loqosunu və şriftini yeniləyib. Yeni üslub dünyanın aparıcı dizayn firması “Muchi” ilə birlikdə yaradılıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Visa” yenilənmiş rənglər, şrift və brend markasını təqdim edib.

indir 55

Loqonun yenilənməsi “Meet Visa” markasını inkişaf etdirmək üçün marketinq kampaniyasında ilk mərhələ olub. 2021-ci il ərzində marka “Visa”nın fəaliyyət göstərdiyi 200-dən çox ölkədə təmsil olunacaq. Şirkətin yeni iş strategiyasına aşağıdakılar daxildir:

indir 56 scaled

– Rəqəmsal daxil olmaqla istehlakçı ödənişləri;

– Fiziki şəxslər arasında sərhədyanı ödənişlər, o cümlədən digər xidmətlər;

– Etibarlı və təhlükəsiz “Visa” şəbəkəsinin yaradılması;

– Fintex-şirkətlər və tanınmış markalarla, eləcə də hökumətlərlə əlaqələrin inkişafı, yenilikçi texnologiyaların tətbiqi.

indir 57

Bununla yanaşı, marketinq kampaniyası çərçivəsində “Visa” beynəlxalq yaradıcı agentlik “Wieden+Kennedy”nin tərtib etdiyi qısametrajlı film təqdim edilib.

“Visa”nın icraçı vitse-prezidenti və marketinq üzrə baş direktoru Linn Biqqar layihənin qısamüddətli kampaniyadan daha vacib olduğunu söyləyib.

Xatırladaq ki, son dəfə “Visa” loqosunu 2014-cü ildə dəyişdirib. Onda loqo tünd-göy rəngdə təqdim edilib.

Son xəbərlər
Digər xəbərlər