“PMD” Qalaaltı hotelinə yeni rəhbər təyin edib

“PMD Hospitalty” MMC-nin hotellərindən birinə yeni rəhbər təyin edilib.

Banker.az xəbər verir ki, Nazim Süleymanov Fərman oğlu avqust ayından etibarən “PMD”nin Şabranda fəaliyyət östərən beş ulduzlu “Qalaaltı Hotel & Spa”ya baş menecer (rəhbər) təyin edilib. Şirkətin hüquqi adı “Yeni Qalaaltı Hotel Company” MMC-dir.

N.Süleymanov, 2019-cu ilin sentyabrından bu günə qədər  “Yeni Qalaaltı Hotel Company”də hotel əməliyyatları meneceri vəzifəsində çalışırdı.

Xatırladaq ki, “Yeni Qalaaltı Hotel Company” 2014-cü ildə yaradılıb və 202 min manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmdarı “PMD Hospitality”dir.

“PMD Hospitality” otel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğuldur. Şirkət 2018-ci ilin avqustundan rəsmi olaraq dövlət qeydiyyatına alınıb. “PMD Qrup”unun bir hissəsidir. Təşkilat, 2013-cü ildə, otel və qonaqpərvərlik əmlak inkişaf etdirmək və turizm sektorunda illər ərzində Azərbaycanda və xaricdə davamlı böyüməni təmin etmək məqsədi ilə yaradılıb.

“PMD Hospitality” MMC-nin əmlak portfelində bir neçə 5 ulduzlu otel (Gaşaltı Health Hotel, Chinar Hotel & SPA, Galaalti SPA & Sanatorium, The Excelsior Hotel & Spa Baku, Lankaran Springs Wellness Resort), lüks kurort (Shamakhi Palace Sharadil), “Paulaner Azərbaycan” (franchise pivə zavodu) və böyük dənizkənarı akvaparkı (Dalga Beach Aquapark) daxildir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər