Ermənisan Xarici İşlər Nazirliyinə yeni mətbuat katib təyin olunub.
Bu barədə Ermənistan XİN-in “Twitter” hesabında məlumat verilib.
Bildirilib ki, Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən Armen Qriqoryanın qərarı ilə Vahan Hunanyan XİN-in sözçüsü təyin olunub.
Vahan Hunanyan bundan əvvəl Baş nazirin müavini Tiqran Avinyanın müşaviri idi.
Qeyd edək ki, Ermənistan XİN-in bundan əvvəlki mətbuat katibi postunda Anna Naqdalyan çalışırdı.