ASC “Xalq” Bankı qardaş ölkənin meşə yanğınlarından zərər çəkmiş ərazilərinin tezliklə bərpası işinə öz töhfəsini verir. Təbii fəlakət nəticəsində məhv olmuş meşə zolaqlarının yenidən salınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Xalq Bankın işçi heyəti adından 21 400 ağac əkiləcək.
Bir neçə gün əvvəl Xalq Bank Azərbaycan Banklar Assosiasiyasının irəli sürdüyü təşəbbüsü dəstəkləyərək bankda çalışan hər bir əməkdaşın adından qardaş ölkəyə 5, ümumi olaraq 3 845 ting göndərmişdir.
Səninləyik, Türkiyə!