13 C
Baku
Saturday, November 23, 2024

Bank Respublika və Hesab.az fintex sahəsində bir ilkə imza atdılar!

®Ölkəmizdə rəqəmsal bankçılığını inkişafına böyük diqqət ayıran Bank Respublika, onlayn ödəmələr sahəsində lider olan Hesab.az onlayn xidmətlər platforması ilə birgə fintex sahəsində bir ilkə imza atıb.

Belə ki, artıq Bank Respublika müştəriləri Hesab.az onlayn ödəniş platforması üzərindən Open Banking xidməti sayəsində öz şəxsi hesablarını izləmək və hesab tarixçələrini nəzərdən keçirmək imkanı əldə edəcəklər. Bu yenilik ilə
Bank Respublika müştəriləri sadəcə banka aid rəqəmsal platformalar vasitəsilə deyil, eləcə də Banka aid olmayan platforma vasitəsilə tam təhlükəsiz öz hesabları haqda məlumat ala biləcəklər.

Ölkəmizdə ilk dəfə təqdim olunan Open Banking xidmətindən yararlanmaq üçün Hesab.az saytı, yaxud mobil tətbiqi üzərindən Bank Respublika hesabının məlumatlarını əlavə etmək kifayətdir.

“Ölkəmizdə ilk dəfə olaraq Bank Respublikanın təqdim etdiyi Open Banking platforması üzərindən müştərilərimizə yeni imkanlar yaradan GoldenPay komandasına təşəkkür edirik. Hesab edirik ki, bu maliyyə xidmətlərinin əlçatanlığı istiqamətində atılan mühüm bir addımdır. Avropa Mərkəzi Bankı tərəfindən avropa bankları qarşısında bir tələb halına gələn Open Banking yanaşması düşünürəm tezliklə ölkəmizdə də geniş tətbiq olunacaq. Bank Respublika artıq uzun müddətdir ki, Open Banking platformasının ölkəmizdə təbliği eləcə də tətbiqi üzərində çalışır. Bu sahənin inkişafına verdiyi böyük dəstəyə görə Azərbaycan Mərkəzi Bankını da xüsusi vurğulamaq istərdik. Əminəm ki, bu layihə fintex şirkətləri ilə əməkdaşlıq imkanlarımızı genişləndirərək ölkədə maliyyə sektorunun rəqəmsal transformasiyası prosesində keyfiyyətcə yeni mərhələ olacaqdır”. – deyə “Bank Respublika”nın İdarə Heyətinin Sədr müavini Elnur Həsənov qeyd edib.

“GoldenPay şirkəti olaraq, ölkənin ən böyük banklarından biri, Bank Respublikanın təqdim etdiyi Open Banking xidmətini ölkədə ilk dəfə platformamıza inteqrasiya etməkdən məmnunluq hissi duyuruq. Artıq 14 ildən çoxdur ki, Azərbaycanda onlayn ödənişlərin tətbiq edilməsi üçün aktiv fəaliyyətdəyik. GoldenPay şirkəti onlayn ödəmə sistemi üzərindən texnoloji həllər təklif etməklə bir çox bank və portallara, müxtəlif istiqamətli bizneslərə ödənişlərini nağdsız şəkildə qəbul etmək imkanı yaradır. Hesab.az onlayn xidmətlər platforması isə, ən son texnoloji yenilikləri tətbiq etmək və innovativ layihələrdə iştirak etməklə, 600 mindən çox istifadəçi kütləsinə xidmət göstərir. Şirkət olaraq, bu əməkdaşlıq nəticəsində xidmət imkanlarımızı genişləndirməklə fəaliyyətimizə artıq sadəcə onlayn ödəniş platforması kimi deyil, onlayn xidmətlər platforması olaraq davam etdiyimizi bir daha qeyd etmək istərdik. Mövcud olduğumuz bazarda ilklərə imza ataraq, ölkəmizdə nağdsız və ən əsası onlayn ödənişlərin yaxın gələcəkdə daha sürətlə inkişaf edəcəyinə və dünyada baş verən texnoloji yeniliklərin ölkəmizdə daha da geniş tətbiq olunacağına əminik.” – deyə “GoldenPay” şirkətinin İdarə Heyətinin Sədri Naina Mehdiyeva qeyd edib.

Hesab.az – Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az – Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, mobil, internet, bank kreditləri, onlayn sığorta və digər xidmətlərin alışı/ödənişi mümkündür.

Bank Respublika – 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları – DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.

 

Son xəbərlər
Digər xəbərlər