1 C
Baku
Saturday, December 14, 2024

Sinqapur sakinlərinə peyvənddən sonra yaranan ağırlaşmalara görə $576 min ödənilib

Sinqapur hökuməti 144 yerli sakinə COVID-19-a qarşı olan peyvənddən sonra yaranan fəsadlara görə 782 min Sinqapur dolları (576 min ABŞ dolları) təzminat ödədiyini bildirib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Qeyd edildiyi kimi, bu cür ödənişlərin minimum məbləği 2 min dollar (1470 ABŞ dolları) təşkil edib.

“The Straits Times”ın verdiyi məlumata görə, ən böyük kompensasiya peyvənddən sonra ciddi yan təsirlərlə üzləşən iki xəstə alıb. Onların hər birinə 225 min dollar (165 min ABŞ dolları) ödənilib.

Onlardan biri 16 yaşlı yeniyetmə olub. İyulun əvvəlində uşaq idman zalında məşq etdikdən sonra evdə huşunu itirib. Bu, ABŞ və Almaniya istehsalı olan “Pfizer/BioNTech” peyvəndindən altı gün sonra baş verib. Sinqapurun Səhiyyə Nazirliyi bunu uşağın ağır idman etməsi və çox miqdarda kofein qəbul etməsi ilə əlaqələndirib.

Qeyd edək ki, peyvəndlərin yan təsirlərinə görə ödənilən təzminat şiddətə görə dəyişir:

225 min Sinqapur dolları – ölüm və ya ağır şikəstlik;

10 min Sinqapur dolları – intensiv terapiya palatasına düşmə;

2 min Sinqapur dolları – xəstəxanada stasionar müalicə.

Son xəbərlər
Digər xəbərlər