7 C
Baku
Thursday, December 26, 2024

Dəri zavodu da “Gilan” brendindən imtina edib

Azərbaycanın iri holdinqi “Gilan Holdinq” MMC-nin törəmə şirkətlərindən daha biri bu addan “imtina” edir.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Məlumata görə, “Gilan Dəri” Məhdud Məsuliyyətli Cəmiyyəti rebnredinq edərək “A.C.E Dəri” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilib.

Banker.az ana şirkət “Gilan Holdinq”ə sorğu göndərərək, hər hansısa investorla alqı-satqı müqaviləsi olub-olmaması ilə bağlı sorğular versə də, suallar cavabsız qalıb.

“Gilan Dəri” MMC 2005-ci ildə yaradılmaqla “Gilan” brendi altında fəaliyyət göstərən bir neçə şirkətlə eyni ünvanda – Bakı şəhəri Nəsimi rayonu, Zərifə Əliyeva, ev 38, m. 24 ünvanında dövlət qeydiyyatına alınmışdı. Amma  bu ünvanda qeydiyyatda alınsa da Yevlax rayonunda yerləşən “Gilan” Dəri emalı zavodunun dəri istehsal edilirdi. “Gilan Dəri” barədə məlumat hələ də ana şirkət olmuş “Gilan Holdinq”in rəsmi səhifəsində durmaqdadır.

May ayından etibarən isə “Gilan” brendini götürmüş, növbəti ayda isə hüquqi qeydiyyat ünvanını Göyçay rayonu, Qarabaqqal kəndinə dəyişib. Hazırda şirkətin nizamnamə kapitalı 4 325 000 manatdır.

Qeyd edək ki, daha bir şirkət 4 mart tarixinə qədər rəsmi olaraq “Gilan Constraction” MMC– kimi fəaliyyət göstərirdi. Həmin tarixdən sonra adını dəyişməklə “Azcore Construction” MMC olaraq adlandırılmağa başladı.

 

Son xəbərlər
Digər xəbərlər