9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan şüşə istehsalını 10 dəfə böyütdü, indi xaricə satır

Azərbaycanda 2021-ci ilin birinci yarısında istehsal edilən şüşə istehsalı öncəki ili 10 dəfə böyüyüb. Banker.az bu barədə rəsmi məlumatda qeyd edilir.

Yanvar-iyun ayları ərzində respublikada 3 milyon 991.4 min kvadrat metr həcmində armaturlaşdırılmamış float-şüşə (vərəqə-şüşə) istehsal edilib. Bu rəqəm isə 2020-ci ilin müvafiq dövründə 387.1 min kvadrat metr olmuşdur.

Qeyd edək ki, “Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir. Müəssissə cari ilin əvvəlindən tam gücü ilə fəaliyyətə başlayıb. Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Azerfloat” QSC ilk dəfə olaraq İsrail və İspaniyaya ağ şəffaf şüşə vərəqələrin ixracına başlaması ilə bağlı ötən gün məlumat yayılıb.

Bundan əvvəl “Azerfloat” QSC Türkiyə, Rusiya, Polşa, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Ukraynaya məhsul ixrac edib.

İXRAC ARTIQ START GÖTÜRÜB

Azərbaycan 2021-ci ildən başlayaraq artıq öz məhsullarını xarici bazarlara çıxarıb. 2020-ci ildə vərəqə şüşə ilə bağlı heç bir ixrac əməliyyatı olmadığı halda, 2021-ci ildə 512.19 min kv-metr həcmində (1.34 mln. dollar) ixrac əməliyyatı baş tutub. İxrac cari ildə istehsal edilənin cəmi 12%-dir. Lakin bu da qeyd edilməlidir ki, Azərbaycan bazarı xaricdən hələ də vərəqə şüşənin idxalını gerçəkləşdirməkdədir. Yəni, bazarı tam qarşılamaq üçün məhsul artımını daha da artırmaq məcburiyyətindədir.

2020-ci ilin I yarısında Azərbaycan xaricdən bazardakı tələbi qarşılamaq üçün 2 milyon 126.6 min kv-metr (4.99 min dollar) həcmində float-şüşə idxal etmişdisə, bu rəqəm 2021-ci I yarısında 1 milyon 945.17 min kv-metrə (4.88 mln. dollar) düşmüşdür.

 

 

Son xəbərlər
Digər xəbərlər