10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda adambaşına “istirahətə” ən çox pul xərcləyən Naxçıvandır

Azərbaycanda istirahət və mədəniyyət xidmətlərinə ən çox xərc çəkən iqtisadi rayonlar açıqlanıb. Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, söhbət 2021-ci ilin birinci yarısından gedir.

DSK-nin məlumatına görə, Azərbaycanda istirahətə ən çox pul xərcləyən iqtisadi rayon Naxçıvandır. Naxçıvanda adambaşına istehlak xərclərində istirahət və mədəniyyətə 15.8 manat təşkil edib ki, bu da onların ümumi xərclərinin 4.9%-i deməkdir. İkinci sırada Quba-Xaçaz 13.3 manatla, üçüncüdə isə Dağlıq Şirvan 12.2 manatla dayanır.

Azərbaycanda istirahət və mədəniyyət xidmətlərinə adambaşına ən çox xərc çəkənlər, manatla:

1. Naxçıvan Muxtar Respublikası – 15.8
2. Quba-Xaçmaz – 13.3
3. Dağlıq Şirvan – 12.2
4 (5). Aran – 9.8
4(5). Yuxarı Qarabağ – 9.8
6. Gəncə-Qazax – 9.5
7. Bakı şəhəri – 9.4
8. Lənkəran – 9
9. Abşeron – 8
10. Kəlbəcər-Laçın – 7.6
11. Şəki-Zaqatala – 7.3

*Ölkədə iqtisadi rayonların qurluşu köhnə qayda (1 iyula qədər) götürülüb. Belə ki, Prezidentin son qərarı isə 7 iyul tarixindən sonrakını əhatə edir.

Son xəbərlər
Digər xəbərlər