7 C
Baku
Thursday, December 12, 2024

Hər şey arzu və istəklərinin xəyalını qurmaqla başlayır

Bu yazımda, Kouçinq əslində nədir, biz onun sayəsində nə öyrənirik, bizə nə kimi faydaları var, mövzusundan bəhs edəcəyəm.

Kouçinq kəlimə anlamı (coaching) “məşqçi”yaxud “dəstəkləyici” kimi ifadə edilir.

Biznes mühitində 1940 və 1960-cı illərdə görülməyə başlayan ilk Koçluq təcrübələri ilə,absolutvision 82TpEld0 e4 unsplash scaled şirkətlərin top menecmentlərində də koçluq fəaliyyətlərindən istifadə edilməyə başlandı.  Bu metodla onların fəaliyyətində müşahidə edilən boşluqlar aradan qaldırılmağa başlandı. Beləki, biznes aləmi hər zaman araşdırmışdır ki, hansı üsullurla işləyənlərin performansını yüksəltmək olar. Bu səbəblə də insan psixologiyası davamlı olaraq öyrənilir. Bunu “İnsan münasibətlərinə innovativ yanaşma” kimi də ifadə edə bilərik, zənnimcə.

1960-cı illərdə Abraham Maslow və Carl Rogersin araşdırmaları dedi ki, əgər biznesdə uğurdan danışırıqsa, işləyənlərin potensiallarını yüksəltməyə yönəlməkdən daha çox işçilərə olan münasibəti yaxşılaşdırmaq üzərində fokuslanmalıyıq (insan psixologiyasının vacibliyi önə çıxmağa başlayır). Beleki, bir insanın daxili gücü onun xarici performansını hərəkətə gətirir. Tim Gallwey , “The Inner Game of Tennis” kitabında bunu açıq ifadə edir. Beləliklə, Koçluq Amerika cəmiyyətində 1970-80-ci illərdə yayılmağa başlayır. Daha sonra isə İngiltərədə məşhurlaşmağa başlayan Koçluq, Graham Alexander and John Whitmore tərəfindən yeni “GROW” adlı modeli təqdim edilir.

Günümüzdə isə Koçluq, tələbələr, biznes liderləri və ümumilikdə potensialını kəşf etmək istəyən hər kəslə işlənə bilər.

Kouçinq, fərqli sahələrdən (psixologiya, fəlsəfə, sosyologiya, idarəetmə elmləri) bəslənir. Fərqli sahələr olsa da bununla yanaşı deyə bilərik ki, hamısının mərkəzində insan var. Bütün bu sahələrin hər birinin məqsədi isə insana fayda vermək və yeni məlumatların öyrənilməsində töhvələr verilməsidir. Koçluğun məna ifadəsində çaşğınlığa səbəb olmasın deyə, burada aydınlıq gətirmək istəyirəm:Coaching

Kouçinq insanın  potensialını kəşf etməsi, özünə inamın güclənməsi, bacarıqlarının inkişaf etdirilməsini təmin edən şəxsi inkişaf prosesidir. Kouçinq prosesində müraciət edən şəxslər (coachee) heç bir formada yönləndirilmir. Onlar əsasən öz dəyərləri və istəkləri işığında inkişaf yolu keçirlər. Kouçinq əsas etibarilə bugündən gələcəyə xitab edir.

Kouçinq nə deyildir:

  1. Mentorluq deyil- Mentorluq zamanı öz sahəsi üzrə təcrübəli şəxs (Mentor) öz təcrübələrini əsas götürməklə məsləhət verərək istiqamət verə bilər.
  2. Terapiya deyil- çünki terapiya əsasən keçmişdə yaşanan travmalarla əlaqədardır, və psixoloji dəstək gərəkdirir.

Koçluq, hər insanın həyatında olması lazım olan profesional bir dəstəkdir. Digər sözlə, koçluq, fərqindəliyin artması, dünya görüşünün dəyişməsi, böyük rəsmə baxabilmək demekdir. Başqa sözlə buna, zehni bir dönüşdürücü də deyəbilməkdir.

Koçluq təliminə başlarkən çox həvəsində olduğum bir proyektə başladığımı hiss edirdim. Ancaq bu prosesin bu dərəcə efektiv təsininin olmasından xəbərsiz idim. Koçluq təlimi çərçivəsində qrup yoldaşlarımız arasında etdiyimiz demo koçluq görüşləri sayəsində özümdə yaşadığım dəyişikliklərin şahidi oldum. Və bu prosesdə insan heç gözləmədiyi fərqindəliklər yaşayır. Şəxsi potensialını yenidən kəşf etmək, və bu potensialı reallaşdırmağa doğru yüksək motivasiya ilə çalışmaq üçün emosional zəmin yaranır. İnsanı hərəkətə gətirən əsas qüvvə isə emosional ruhi vəziyyətdir desəm yalnış olmaz.

Emosional zəkanın önəmi haqda Daniel Goleman öz “Emosional Zəka” kitabında ətraflı söz

IMG 4403
Rasila Nazarova

açır. Daniel Goleman, psixologiya sahəsində yeni cığır açan bu kitabında, “EQ”nun “IQ”dan daha önəmli olduğunu sübut edir. Emosional zəka olaraq özünü gücləndirən hər kəs daha çox işlər görməyə qadirdir nəinki, İQ-su yüksək olanlar. Bir çoxunuz düşünə bilərsiniz ki, emoisonal zəkann olması insana özəl qabiliyyətdir. Ancaq bu elə deyil. Uşaqlıq dövründə valideynlərə böyük öhdəliklər düşür, yetkinlik dövründə isə bu bacarığın yoxluğunu hiss edən hər bir fərd bu istiqamətdə üzərində işləyərək bu bacarığı qazana bilər.

Yekunlaşdırıcı fikir olaraq deyə bilərəm ki, koçluq insana dəyər qatır. Onun sahib olduğu resursların dəyərini ona göstərir. Əslində hər insan tam və bütündür, bütün qaynaqlar onun özündədir. Nəisə bir gözlənti olmadan öz gücü ilə hərəkətin mümkünlüyünü insana göstərir koçluq. Çünki ən əsas, insanın daxili inamı, bacarığı və gücüdür. Və hər şey arzu və istəklərinin xəyalını qurmaqla başlayır.

Müəllif: Rasila Nazarova

Son xəbərlər
Digər xəbərlər