14 C
Baku
Saturday, November 23, 2024

PMD Group-un hotel şirkətlərindən birinə yeni rəhbər təyin edilib

“PASHA Holding” MMC-nin hotelçilik şirkətlərindən birinin rəhbəri dəyişib.

Banker.az xəbər verir ki, Elmar Ağayev Savadxan oğlu “Capital Hotel Company” MMC-nin baş direktoru təyin edilib.

O, bu vəzifədə Firuz Süleymanov Efsir oğlunu əvəzləyib.

E.Ağayevin sonuncu iş yeri “Lenkeran Hotel And Resort Company” MMC idi. Hansı ki, Azərbaycanda son illərdə “Lankaran Springs Wellness Resort” brendi ilə tanınmışdır. Bununla bağlı xəbərin linki. Cari ilin iyulundan isə PMD Group-da yüksək vəzifədə çalışır.

“Capital Hotel Company” MMC 2017-ci ildə yaradılıb və 29 421 605 manat nizamnamə kapitalına sahibdir.

Son xəbərlər
Digər xəbərlər