Neft ambarları demək olar ki, artıq tamamilə dolub və dünya neft ehtiyatları 1998-ci il səviyyəsinə çatmaq üzərədir. Bu zaman neftin barreli 14 dollardan az deyildi.
Qlobal neft artığının yaranması ilə treyder və neft emalçıları nəhəng bir problem – neft ambarları çatışmazlığı ilə qarşı-qarşıyadırlar.
ABŞ-da neft ehtiyatları 80 ildə ən yüksək səviyyədə yerləşir. ABŞ Enerji İnformasiya İdarəsi-nin (EİA) verdiyi məlumatlara görə, ölkənin neft ambarlarının 70%-i artıq doludur. Proqnozlara görə Oklahoma ştatında yerləşən Cushing ambarı bu yaz tamamilə dolacaq. Digər regionlar üzrə də təxminlər oxşardır, lakin Citigroup mütəxəssisləri əmindirlər ki, Avropanın kommersiya neft ambarları 90%, Cənubi Koreya, CAR və Yaponiyada isə 80% doludur.
Neftin saxlanma tutumunun azaldığı yüksək ehtimaldır. Bu səbəbdən də, bəzi analitiklər neft qiymətlərinin biraz da enəcəyini proqnozlaşdırırlar. Bu zaman neft emalçıları əllərində olan artıq nefti hələ boş yeri qalan şəxslərə aşağı qiymətə satmalı olacaqlar.
Neftlə bağlı təklif və tələb təqribən balanslaşdırıldıqda treyder alıcı axtardığı bir vaxtda o bir neçə gün ərzində onun saxlanması üçün rezervuarlardan və yeraltı duz mağaralarından istifadə edə bilər. Lakin hazırda dünyada laızm olandan 1,5 milyon barrel artıq neft emal edilir. Nəticədə, neft illərlə ambarlarda qala bilər. Əgər neft artığı çoxalarsa, şirkətlərin bir çoxu quyuları bağlayaraq, nefti yer altında saxlamağa məcbur olacaqlar.
Vəziyyət belə olduqda, neft ambarlarının tutumunun özü ticarət obyektinə çevrilir. Nyu-York məhsul birjasının (NYMEX) sahibi CMEGroup 29 mart tarixində neft saxlanması ilə bağlı ilk fyuçers müqaviləsi ilə ticarətə başlamağı planlaşdırır. Bu treyder və neft emalçılarına Luiziana ştatında, Lafursh Parish-də müəyyən aya qədər neft saxlamaq hüququnu satmaq və almaq imkanı qazandıracaq.
ABŞ-da ahzırda yeni neft rezervuarları yaradılır, həmçinin nəhəng tankerlər hazırlanır. 2009-cu ildən, neft ehtiyatlarının son yüksək olduğu zaman 10 milyon barrellə neft saxlamaq üçün yeni ambarlar inşa edilmişdi. Lakin bu gün ki gündə onlar sürətlə dolur.
FairwayEnergyPartners ambar qismində Hyustonda yerləşən NRGStadium stadionundan 4 km aralıda yerləşən yeraltı duz mağaralarından istifadə etməyi planlaşdırır. Burada 2016-cı ilin sonuna qədər təqribən 19 milyon barrel neft yerləşdirmək olar. Belə mağaraların divarları sərtdir və bu səbədən neft və təbii qaz saxlamaq üçün əlverişlidir.
Bir çox treyderlər Cushing ambarlarında ehtiyatların həcmini qlobal neft artığının əsas əlaməti olaraq qiymətləndirir. Bu şəhər neft kəmərlərinin birləşdiyi mərkəz hesab edilir. ABŞ-ın nəhəng kommersiya neft ambarları da məhz burada yerləşir. Bundan əlavə, NYMEX fyuçers ticarəti üçün istifadə olunan neft də bura gətirilir.
Hazırda neft bazarında yaranmış vəziyyət ilə əlaqədar olaraq Cushing-də neft saxlayan treyderlər onu yüksək qiymətə satmağa nail ola bilərlər.
EİA məlumatlarına görə Cushing-də neft ahtiyatları 27 fevraldan bu günə qədər 49,2 milyon barrelə yüksəlmişdir. 4 həftə ərzində o 7,8 milyon barrel yüksəlmişdir. Bu gedişlə may ayında bu ambarın tutumu tam dolacaq. Bu halda isə əsas neft ambarı kimi Meksika körfəzi sahilləri və tankerlər olacaq.
Beynəlxalq energetika agentliyinin proqnozlarına əsasən, ilin ortalarında sənaye baxımından inkişaf etmiş ölkələrdə neft ehtiyatları və məhsulları rekord həddə – 2,83 milyard barrelə çatacaq. Bu son dəfə 1998-ci ilin avqust ayında yaşanmışdı. Bu zaman 1 barrel neft orta hədlə 13,99 dollar idi ki, bu da bu gün ki gündə 19,18 dollara bərabərdir.