İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasında indiyədək 45.589 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Banker.az İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi xidmətindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, 2021-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9,7 mlrd. manat təşkil edib.
Belə ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çoxdur