-1 C
Baku
Saturday, December 14, 2024

“TBC Kredit” BOKT 3 milyon manat borclanır

Gürcüstanın TBC Bankının Azərbaycandakı törəmə kredit təşkilatı “TBC Kredit BOKT” MMC 3 milyon manatlıq faizli borc cəlb edir.

Banker.az bu barədə emisiya prospektindəki qeydlərə istinadən xəbər verir.

“TBC Kredit” hər birinin nominal 1000 manat qiyməti istiqrazlar emissiya edir. Bu istiqrazların sayı 3000 ədəd olduğunu nəzərə alsaq, bu 3 mln. manatlıq emissiya paketidir.

“TBC Kredit” BOKT 2020-ci ildə aktivlərini “əridib” 16.03 milyon manatdan 12.82 milyon manata salıb. Bu barədə BOKT-un illik hesabatında da qeyd edilir. Aktivlərində bu böyük mənfi dinamika kredit portfelindən qaynaqlanır. Bununla belə öhdəliklərini 8.48 mln. manatdan 4.87 mln. manata qədər kiçildə bilib.

Son göstəicilərə görə isə, 2021-ci ilin birinci yarısında 942 .9 min manatlıq xalis mənfət əldə edib. Bu 2020—ci ilin eyni dövründə 278.51 min manat idi.

BOKT-un öz maliyyəsi ilə proqnozlarına görə 2021-ci ildə 2 milyon 281 min manatlıq mənfəət edəcəyi, növbəti 2022-də isə 3 milyon manatlıq xalis mənfəət əldə ediləcək. Qeyd edək ki, 2020-ci ildə 378 min manat xalis mənfəət əldə etmişdi.

BFB-dan Banker.az-a bildirilir ki, TBC Kredit-in bu istiqrazların illik pdəniş faizi 12%-dir. Qeyd edək ki, 19 İyul 2021-ci il tarixdə “TBC Kredit” BOKT MMC -nin Təsisçilərinin Ümumi Yığıncağının Növbədənkənar İclasında bu qərara gəliblər.

Son xəbərlər
Digər xəbərlər