19 C
Baku
Wednesday, May 1, 2024

Azərbaycan “OPEC+”da konsensus əldə edilməsində fəal iştirak etməyi planlaşdırır

Azərbaycan “OPEC+” ölkələri arasında konsensus əldə etmək üçün gələcəkdə də məsləhətləşmə prosesində fəal iştirak etməyi planlaşdırır.

Bu barədə energetika naziri Pərviz Şahbazov Rusiyanın “Nefteqazovaya vertikal” jurnalına verdiyi müsahibəsində deyib.

“Hesab edirəm ki, “OPEC+” formatında verilən qərarların və atılan addımların düzgünlüyü şübhə doğurmur. Azərbaycan dünya neft bazarını sabitləşdirmək üçün tədbirləri dəstəkləyir, fəal iştirakçıdır və “OPEC+” ölkələri arasında konsensus əldə etmək üçün gələcəkdə də məsləhətləşmə prosesində aktiv iştirak etməyi planlaşdırır”, – deyə nazir vurğulayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər