®“AFB Bank” ASC və “Qərbi Kaspi Universiteti” arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Tərəflərin qarşılıqlı razılaşması əsasında universitetin yuxarı kurs tələbələri və məzunları “AFB Bank” ın Təcrübə proqramına qoşulacaq və burada xüsusi istedadı ilə seçilən təcrübəçilər mövcud vakansiyalar üzrə işlə təmin olunacaqlar.
Burada məqsəd, cəmiyyətimizin gələcəyi olan savadlı və özünə güvənən gənclərin nəzəri biliklərinə praktik biliklər əlavə etməklə onları əsl peşəkar kimi yetişdirməkdir.
Qeyd edək ki, Bankın Yay Təcrübə proqramında 40-a yaxın iştirakçı, ixtisasları üzrə bankın müxtəlif strukturlarında təcrübə keçiblər. Yaxşı nəticə göstərən bir neçə nəfər təcrübəçi mövcud vakansiyalar üzrə bankda işlə təmin olunublar.
Yeni Layihəsi çərçivəsində “AFB Bank”, yüksək peşəkarlığına və verdiyi təhsilin səviyyəsinə etibar etdiyi “Qərbi Kaspi Universiteti” ilə əməkdaşlıq etmək qərarına gəlib.
Bu, “AFB Bank”-ın “Təcrübə proqramı” çərçivəsində reallaşdırdığı ilk əməkdaşlıq proqramıdır və Bank, gələcəkdə də digər təhsil müəssisələri ilə bu tipli layihələri həyat keçirməyi planlaşdırır.
Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 çağrı mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.