Azərbaycan Mərkəzi Bankının AÖS-ü ilə ödənişlərin həcmi 6% aylıq artım dinamikası nümayiş etdirib.
Banker.az xəbər verir ki, 2021-ci ilin avqust ayında Ani Ödənişlər Sistemi ilə 11 min əməliyyat həyata keçib və bunların ümumi məbləği isə 26 milyon manatı əhatə edir.
2021-ci ilin iyulunda bu ödəniş sistemi ilə 20 milyon manatlıq ödənişlər olmuşdu.
Bu da AMB-nin 2020-ci ildə yaradığı bu ödəniş sistemi üçün ən yüksək əməliyyatlar həcmidir.
Beləliklə bu sistem yaradılandan indiyə qədər 191 milyon manat, ilin ilk ayından isə 143 milyon manatlıq əməliyyat aparıb.