15 C
Baku
Sunday, November 24, 2024

1.2 milyon manat investisiya ilə döşək istehsalı müəssisəsi yaradılıb

Sentyabrın 24-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi Masallı Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub.

Bildirilib ki, Masallı Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur yaradılıb, inzibati bina, texniki və köməkçi binalar tikilib, abadlıq işləri aparılıb. Sənaye məhəlləsində 9 rezident qeydiyyatdan keçib və bunlardan 7-si fəaliyyətə başlayıb.

Media mənsubları “Foriella” MMC-nin döşək və metal yay hissələri istehsalı müəssisəsində də olublar. Məlumat verilib ki, müəssisənin yaradılmasına 1,2 milyon manat investisiya qoyulub və 35 iş yeri yaradılıb. Layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.

Qeyd edək ki, hazırda ölkədə 5 – Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir. Sənaye məhəllələrində ümumilikdə, 36 rezident qeydiyyatdan keçib və bunlardan 16-sı fəaliyyət göstərir. İndiyədək sahibkarlar tərəfindən sənaye məhəllələrinə 74,5 milyon manat investisiya yatırılıb. Növbəti mərhələdə əlavə olaraq 43 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur. Sənaye məhəllələrində bu günədək 109 milyon manat dəyərində məhsul istehsal edilib. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici ölkələrə də ixrac edilir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər