11 C
Baku
Monday, November 25, 2024

ABŞ-da pul qurtarıb. Ölkə oktyabrda defoltla üzləşə bilər

ABŞ-ın Maliyyə Nazirliyinin rəhbəri Janet Yellen konqresmenləri oktyabrın 18-dək nazirliyin pulunun tükənə biləcəyi ilə bağlı xəbərdar edib. Əgər bu baş versə, ölkə borc öhdəliklərini yerinə yetirə bilməyəcək və tarixində ilk dəfə defolt elan edəcək.

Banker.az xəbər verir ki, bunun qarşısını almaq üçün parlamentarilər dövlət borcunun maksimum məbləğinə qoyulan məhdudiyyətləri ləğv etməlidirlər, lakın Konqres hələ də müvafiq qanun layihəsi üzərində razılığa gələ bilmir.

“Mövcud hesablamalara görə, Konqres 18 oktyabr tarixinə qədər borc məhdudiyyətlərinin yumşaldılması üçün addımlar atmasa, Maliyyə Nazirliyi sərəncamında olan bütün təcili tədbirlərdən istifadə edəcək. Bu tarixdən sonra öhdəliklərimizi yerinə yetirməyə davam edə biləcəyimiz bəlli deyil”, – deyə Yellen qeyd edib.

O əlavə edib ki, borc “tavanı” ilə bağlı qərarın gecikdirilməsi vergi ödəyiciləri üçün xərcləri artıracaq, o cümlədən ölkənin gələcək illər üçün kredit reytinqinə təsir edəcək və etibarına xələl gətirəcək.

Hal-hazırda ABŞ-ın dövlət borcu 28.8 trilyon dolları keçir.

“The New York Times” qəzetinin daha əvvəl yazdığı kimi, ABŞ-ın Respublikaçılar və Demokratlar partiyası sözügedən layihəni qəbul etmək istəmirlər. Hər iki siyasi güc ABŞ-ın yığılmış borca görə məsuliyyəti bir-birinə yükləməyə çalışır.

“Problem ondadır ki, heç kim pulun nə vaxt tükənəcəyini bilmir. COVİD-19 pandemiyası davam edir və ölkə iqtisadiyyatına ziyan vurur. Bu, Maliyyə Nazirliyinə pul axını ilə bağlı vəziyyəti qiymətləndirməyə mane olur. Nəticədə təxmin edilən “X” tarixi 15 oktyabrdan noyabrın ortalarına qədər dəyişir”, – deyə nəşr yazıb.

“Eurasia Group”un siyasi risklər məsələləri üzrə məsləhətçisi John Lieber ABŞ-ın texniki defolt ilə üzləşməsi ehtimalını 1:5 nisbətində qiymətləndirib. “Bu cür qeyri-adi hadisə üçün bu son dərəcədə yüksəkdir”, – deyə mütəxəssis vurğulayıb. Onun sözlərinə görə, indi defolt olma şansı demokratlar və respublikaçılar arasında qarşıdurmalar olduğu dövrdən daha çoxdur.

Son xəbərlər
Digər xəbərlər