İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Tekfen İnşaat ve Tesisat Anonim Şirketi (A.Ş.) ilə 18 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Tikinti-quraşdırma və tamamlama işlərinin yerinə yetirilməsi ilə əlaqədar əlavə işlərin yerinə yetirilməsinin, material və avadanlıqların satın alınması nəzərdə tutulur.
Dövlət Vergi Xidməti qalib şirkət ilə məbləği 17 milyon 822 min manat olan müqavilə imzalayıb.