8 C
Baku
Thursday, December 12, 2024

Rusiya XİN: Bakı və İrəvan regionda kommunikasiyaların bərpası ilə bağlı müsbət əhval-ruhiyyədədir

Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə üçtərəfli İşçi Qrup Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində öz fəaliyyətini davam etdirir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirib.

“Öz tərəfimizdən Bakı və İrəvanın qarşılıqlı məqbul sayılan paket razılaşmaya nail olunmaqla bağlı müsbət əhval-ruhiyyədə olduğunu qeyd edirik. Bu paket razılaşma perspektivdə birgə işi layihə əməkdaşlığı müstəvisinə keçirməyə imkan verəcək”, – Rusiya XİN-in nümayəndəsi qeyd edib.

Son xəbərlər
Digər xəbərlər