12 C
Baku
Monday, November 25, 2024

Ukraynada vaksinasiya məcburi olacaq

Yaxın gələcəkdə Ukraynada COVID-19-a qarşı məcburi peyvənd tətbiq ediləcək.

Bunu Ukrayna səhiyyə naziri Viktor Lyaşko keçirdiyi brifinqdə deyib.

“Səhiyyə Nazirliyinin müvafiq əmri mərkəzi icra hakimiyyəti orqanlarının təsdiqinə göndərilib”, – nazir vurğulayıb.

Lyaşko, həmçinin qeyd edib ki, söhbət məcburi peyvənddən getmir: “Məcburi peyvənd anlayışı yoxdur. Vaksin olunanlar işləyə biləcək, digərləri yox”.

Onun sözlərinə görə, əmrdə vaksinin məcburi olacağı peşələrin siyahısı dəqiq müəyyən ediləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər