ABŞ-ın Əfqanıstanda qoyub getdiyi silah-sursatın ümumi dəyəri 85 milyard dollar olaraq qiymətləndirilib.
Banker.az xəbər verir ki, hal-hazırda orada saxlanılan hərbi texnikalara daxildir: 22 min zirehli maşın, 358 min avtomat, 176 top, 8 min yük maşını, nəqliyyat təyyarələri və yüzdən çox helikopter.
Xatırladaq ki, ABŞ ordusu 2001-ci ilin payızında Əfqanıstan ərazisinə daxil olub. Bu müddət ərzində ölkə 2400 əsgər və 1 trilyon dollar pul itirib.
2021-ci ilin iyulunda ABŞ ordusu Əfqanıstandakı bazasını tərk edib, Amerikanın sonuncu təyyarəsi isə Kabil hava limanından avqustun 31-i uçub gedib.
Ekspertlərin müşahidələrinə əsasən, ABŞ ordusu getməzdən əvvəl Əfqanıstandan təxliyə edə bilmədiyi hərbi texnikanı sıradan çıxarıb.