Dövlət Turizm Agentliyi “İsmayıllı Tikinti-27” ASC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində tikinti və yenidənqurma işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1,829 milyon manatdır.