11 C
Baku
Monday, November 25, 2024

“Goldman Sachs” ABŞ-da defolt təhlükəsi ilə bağlı xəbərdarlıq edib

“Goldman Sachs” bankı müştərilərinə ABŞ-da defolt təhlükəsi barədə xəbərdarlıq edib. Banker.az xəbər verir ki, belə ki, ona görə, Konqres oktyabrın 18-dək dövlət borcu problemini həll edə bilməyəcək.

Qeyd edək ki, xəbərdarlıq respublikaçı Mitç Makkonnellin partiyasının limitlərin uzadılmasına mane olmayacağını söyləməzdən əvvəl göndərilib. “Goldman Sachs”ın vurğuladığı kimi, “borcalma qabiliyyətinin itirilməsi real risk olsa da”, iqtisadçılar bunun qısa müddət davam edəcəyini ehtimal edirlər.

Amerika administrasiyası Konqresdən dövlət borcu “tavanını” dərhal qaldırmağa və ya tamamilə ləğv etməyə çağırır, əks təqdirdə oktyabrın 18-də ölkənin maliyyə öhdəliklərini yerinə yetirmək imkanları tükənə bilər.

Xatırladaq ki, daha əvvəl respublikaçılar dövlət borcu “tavanının” qaldırılmasının əleyhinə olublar. Onlar demokratların trilyon dollarlıq sosial-iqtisadi təşəbbüslərinə qarşı çıxıblar və limiti olduğu kimi saxlamağı tələb ediblər.

Son xəbərlər
Digər xəbərlər