Norveçin Nobel Komitəsi 2021-ci il üzrə Nobel mükafatının layiq gördüyü şəxslərin adlarını açıqlayıb.
Banker.az xəbər verir ki, bunlar, Maria Ressa və Dmitri Muratovdur.
Maria Ressa və Dmitri Muratov demokratiya və söz azadlığının qorumaq səylərinə görə təltif ediliblər.
Xanım Ressa 2012-ci ildə “Rappler” adlı rəqəmsal media şirkətini yaradıb. O şirkətin rəhbəridir.
Dmitri Andreyeviç Muratov Rusiyada “Novaja Gazeta” adlı qəzetin təsisçisidir və 1995-ci ildən bu qəzetin Baş redaktoru kimi çalışır.
Nobel Mükafatları — illik beynəlxalq mükafat 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda açıqlanan vəsiyyətnaməsi ilə Alfred Nobel tərəfindən qurulan dərnəyin verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901-ci il tarixində verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən $1.3 mln.-a bərabərdir.