10 C
Baku
Wednesday, November 27, 2024

ABŞ-da koronavirusun mümkün olan mənbəyi tapılıb

Koronavirus Çinli mədənçidə aşkar edilən infeksiyadan tədricən inkişaf edə bilərdi. Həmin mədənçi 2012-ci ildə xəstəliyə yoluxub.

Banker.az məlumatına görə, bu barədə “The Telegraph” qəzeti ABŞ alimlərinə istinadən xəbər verib.

2012-ci ildə Vuhanda mədənçilərdə tapılan naməlum virus COVID-19 pandemiyasının mümkün mənbəyi ola bilər. 2020 -ci ildə Vuhan laboratoriyasından sızmadan sonra virus insanlara yoluxmağa başladı.

ABŞ-ın Bioscience Resource Project təşkilatının icraçı direktoru Conatan Latem bildirib ki, viruslar bir insanın bədənində bir çox təkamül mərhələsindən keçə bilər:

“Nəzəriyyəmizə əsasən, bənzər bir təkamül 2012-ci ildə naməlum bir xəstəlikdən sonra mədənçilərin ağciyərlərində baş verib”. Onun sözlərinə görə, sonra bilinməyən virusun Sars-Cov-2 formasında təkamülü altı ay ərzində baş verdi və 9 il sonra nümunələr laboratoriyadan kənara çıxıb.

Son xəbərlər
Digər xəbərlər