13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanla Serbiya arasında viza tələbi ləğv edilir

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalanıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sazişi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Serbiya xarici işlər naziri Nikola Selakoviç imzalayıb.

Qeyd edək ki, Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Nikola Selakoviçlə görüşüb.

Son xəbərlər
Digər xəbərlər