6 C
Baku
Wednesday, January 15, 2025

Azərbaycanda əmək müavilələrinin sayı 750 minə çatıb, DVX deyir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2021-ci il oktyabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 749 569 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 209 647 müqavilə çoxdur.

Banker.az xəbər verir ki, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

2021-ci ilin yanvar-sentyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 789,6 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artıb, daxilolmalar üzrə proqnoz 253,7 milyon manat artıq yerinə yetirilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 1 milyard 771,5 milyon manat təşkil edib, proqnoz 112,8 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artaraq 95,9 milyon manat olub, proqnoz 108,9 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3 faiz artaraq 70,7 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 110,5 faiz yerinə yetirilib.

Son xəbərlər
Digər xəbərlər