13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda muzdla çalışan işçilərin sayı 1.7 milyona çatıb

2021-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 min nəfər və ya 0.8 faiz artaraq 1 684.9 min nəfər olmuş, onlardan 900.6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 784.3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsi məlumat verib.

Muzdla işləyənlərin 19.1 faizi təhsil, 18.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12.8 faizi sənaye, 8.2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7.5 faizi tikinti, 6.6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.5 faizi peşə, elmi və texniki fəaliyyət, 1.8 faizi maliyyə və sığorta fəaliyyəti, 13.9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Son xəbərlər
Digər xəbərlər