Banker.azın məlumalına görə ekspert Samir Əliyev ”Bundan sonra manatın taleyi necə olacaq? Son sözü neftin qiyməti deyəcək. Neft bahalaşsa, yəni 70 dollardan yuxarı çıxsa, sabitlik yaranacaq.” deyə bildirib. Mütəxəssis qeyd edir ki, hətta müəyyən qədər möhkəmlənmə də mümkündür.
Ekspert indiki səviyyədə manatın yumşaq ucuzlaşması davam edəcəyini də istisna etmir: “İlin sonuna kimi manat ən azı 10% ucuzlaşacaq. Böyük ehtimalla dollar 1,2 manata qədər bahalaşacaq. Neft 40 dollar həddinə yaxınlaşsa manatı ikinci devalvasiya təhlükəsi gözləyir”, deyə – S.Əliyev qeyd edib. Qeyd edək ki, Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov dünən Milli Məclisdə çıxışında manatın ucuzlaşmasını neftin ucuzlaşması ilə əlaqələndirib.
“Ümid edirəm ki, ilin sonuna kimi manatın məzənnəsində ciddi dəyişiklik olmayacaq. Ötən ildən bəri neftin qiymətinin iki dəfə ucuzlaşması yeni bir fenomendir. Ekspertlərin, beynəlxalq investisiya təşkilatlarının qiymətləndirməsinə görə bu ucuzlaşma 80-ci illərin əvvəlində baş vermiş ucuzlaşmadır. Neftin ucuzlaşması hələ davam edəcək”, – deyə E.Rüstəmov vurğulayıb.