14 C
Baku
Saturday, November 23, 2024

Ərdoğan: Dünyanın taleyini İkinci Dünya müharibəsi qaliblərindən ibarət “bir ovuc” ölkələr həll etməməlidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəşəriyyətin taleyinin İkinci Dünya müharibəsində qələbə qazanan “bir ovuc” ölkələrin əlində cəmləşməli olmadığını söyləyib.

Banker.az xəbər verir ki, qlobal sistemdə davam edən bərabərsizlikdən danışan siyasətçi “dünyadakı ölkələrin beşdən çox olduğunu” vurğulayıb. Bununla Ərdoğan İkinci Dünya müharibəsinin qaliblərinə, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinə işarə edib.

“Bəşəriyyətin taleyi İkinci Dünya müharibəsində qələbə qazanan bir neçə ölkənin mərhəmətinə buraxıla bilməz. Dünya və həyatımızın demək olar ki, bütün sahələri dəyişdiyi halda diplomatiya, ticarət və beynəlxalq əlaqələrin qlobal təhlükəsizliyin arxitekturasında eyni qalması ağlasığmazdır” – deyə Türkiyə lideri Anqola parlamentində çıxır edərkən bu ölkəyə səfiri çərçivəsində bildirib.

Son xəbərlər
Digər xəbərlər