12 C
Baku
Saturday, November 23, 2024

BVF-in baş iqtisadçısı vəzifəsindən ayrılır

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgieva fondun baş iqtisadçısı Gita Gopinath əvvəllər planlaşdırdığı kimi, Harvard universitetinin iqtisadiyyat departamentinə qayıtdığını açıqlayıb.

Qeyd edək ki, Gopinath üç il fondda çalışıb; Harvard ilə razılaşma əsasında, o, müqavilədə göstərilən müddətdən bir il çox işləyib.

Banker.az xəbər verir ki, “Getaya təsirli töhfələri, müdrik tövsiyələri, tədqiqat fondunun missiyasına sadiqliyi, işçilərinə ədalətli yanaşması üçün şəxsi təşəkkürümü bildirmək istəyirəm”, – deyə Georgieva söyləyib.

Gita – BVF-in ilk qadın baş iqtisadçısıdır. O, BVF-in koronavirus pandemiyasına son qoymağa yönəlmiş hesabatının yayılmasına məsuldur. Bunun ardınca Dünya Bankı, Ticarət Təşkilatı (ÜTT) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəhbərlərinin iştirakı ilə müvafiq işçi qrupu yaradılıb.

Son xəbərlər
Digər xəbərlər