2021-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.6% artaraq 5402.7 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 4 143 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76.7%-i təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Cari ilin yanvar-sentyabr aylarında hər bir ölkə sakini orta hesabla 539.5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 44.4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.