10 C
Baku
Saturday, November 23, 2024

“Toyota” yeni ultra yığcam krossoverini təqdim edib – Fotolar

“Toyota” şirkəti yeni ultra yığcam “Aygo X” krossoverini təqdim edib. Yapon brendinin rəsmi saytında avtomobil 2022-ci il modeli kimi göstərilib.

Banker.az xəbər verir ki, satışların 2022-ci ildə başlaması gözlənilir.

toyota aygo

Krossoverin uzunluğu 3700 mm, eni 1740 mm, hündürlüyü isə 1510 mm təşkil edir. Təkər bazasının uzunluğu 2430 mm-dir. Aydındır ki, interyer daha geniş olub, lakin onun ölçüsünün artması avtomobilin ümumi ölçüsü ilə müqayisə oluna bilməz. Məsələn, ön oturacaqlar arasındakı məsafə cəmi 40 mm artırılıb.

toyota aygo

“Aygo X” 1.0 litrlik 72 at gücündə benzin mühərriklə təchiz edilib. Avtomobil 100 km/s qədər 15.6 saniyəyə sürətlənir. Komplektasiyadan asılı olaraq, “Aygo X”in çəkisi 940-1015 kq arasında dəyişir.

toyota aygo toyota aygo toyota aygo

Son xəbərlər
Digər xəbərlər