10 C
Baku
Monday, November 25, 2024

İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətini qəbul edib

zərbaycan Prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım nümayəndə heyəti adından Prezident İlham Əliyevi və Azərbaycan xalqını tarixi Zəfər Günü münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb.

Dövlətimizin başçısı təbrikə və xoş arzulara görə minnətdarlığını bildirib.

Görüşdə Vətən müharibəsində əldə etdiyimiz Qələbənin önəminə toxunularaq, bunun bütün türk dünyası tərəfindən böyük sevinc hissi ilə qarşılandığı bildirilib. Müharibənin ilk günlərindən Türkiyə dövlətinin, şəxsən Prezident Rəcəp Tayyib Ərdoğanın və türkiyəli parlamentarilərin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xüsusi olaraq vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

Son xəbərlər
Digər xəbərlər