26 C
Baku
Tuesday, April 30, 2024

Neftin bahalaşması Azərbaycan hökumətinin iqtisadi artım proqnozlarını kəskin üstələdi

2021-ci ilin yanvar-oktyabr aylarında ölkədə 71 milyard 589 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.9 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

Ötən il hökumətin maksimum proqnozunda 2021-ci il üçün 3.8% artım proqnoz edilirdi.

Azərbaycannın İqtisadiyyat Nazirliyi ötən ildə neftin qiymətlərinin dəyişməsinə uyğun olaraq ölkə iqtisadiyyatının artım proqnozlarını formalaşdırıblar. Ölçü kimi götürülən Brent neftin qiyməti 35 USD/bll olarsa iqtisadiyyatın 2021-ci ildə 3%, 40 USD/bll olarsa 3.4% və 45 USD/bll olarsa 3.8% artım olacağını proqnoz edirlər.

Artıq yanvar ayından etibarən xarici birjalarda Brent neftinin qiyməti 50, fevraldan sonra 60 və İyundan etibarən isə 70 dolları ötmüş, oktyabrda isə 87 dolları ötməklə yeddi ilin maksimumunu yeniləmişdir.

İqtisadiyyat Nazirliyinin noyabrdakı açıqlamasında proqnozlarını yüksəltdi. Nazirliyin proqnozuna görə, neftin bir barelinin orta illik qiyməti 2021-2022-ci illər üzrə 55 ABŞ dolları, 2023-2025-ci illər üzrə 50 ABŞ dolları olduğu halında cari ildə ölkədə ÜDM-in real artımı 4.6%, 2022-ci ildə 4%, 2023-cü ildə 5.3%, 2024-cü ildə 3.7%, 2025-ci ildə isə 3.1% təşkil edəcək. Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ÜDM 4.3% azalmışdı.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.6 faiz, qeyri neft-qaz sektorunda isə 5.9 faiz artmışdır.

ÜDM istehsalının 40,8 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,9 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 148 manata bərabər olmuşdur

Son xəbərlər
 ⁠
Digər xəbərlər