ABŞ hakimiyyəti Tayvanın müstəqilliyini dəstəkləmir və vahid Çin prinsipinə sadiqdir. Bunu ABŞ lideri CO Bayden Çin sədri Si Tsinpin ilə keçirilə virtual görüş zamanı deyib.
“ABŞ hökuməti ardıcıl və uzunmüddətli olaraq vahid Çin siyasətinə sadiq qalacaq və Tayvanın müstəqilliyini dəstəkləməyəcək”, – deyə prezident söyləyib.
Si Tsinpin öz növbəsində vurğulayıb ki, Çin və ABŞ bir-birinə hörmət etməlidir və təkcə daxili işlərin həlli ilə deyil, eyni zamanda beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə məşğul olmalıdır.
Xatırladaq ki, daha əvvəl Çinin xarici işlər naziri Van Yi ABŞ-ın Tayvanın müstəqilliyinə dəstək verəcəyi təqdirdə regionda sabitliyin pozulacağı barədə məlumat verib.