18 C
Baku
Wednesday, May 1, 2024

Liderlər arasında “mehriban söhbət” Çin valyutasını 5 ayın maksimumuna qaldırır

BANKER.AZ – ABŞ lideri və Çin liderinin onlayn görüşməsinin ötən gün mehriban şəkildə baş tutması xəbəri ardından ABŞ dolları riskli valyutalar və eləcə də Çin yuanı qarşısında zəifləyib. Treyderlərin gözü ABŞ-dakı pərakəndə ticarət göstəricilərinə yönələrkən Çin yuanı 5 ayın maksimumuna yüksəlib.

Son günlərdə 16 ayın minimumuna eniş edən Avrozonın vahid pulu avro son saatlarda 0.2% artımla $1.1383 təşkil edib, hansı ki, bu da COVID-19 virusunun yayılması və geridönüşü Avropa Mərkəzi Bankının faiz dərəcələrini yüksəltmə  ehtimallarını yüksəltməsindən qaynaqlanır. Məsələn EUR/USD cütlüyünün məzənnəsi birjalarda 1.12 səviyyəsinə qədər düşmüşdü.

Çin sədri Si Cinpin ABŞ-dan olan həmkarını danışıq zamanı “köhnə dost” çağırmaqla iki ölkənin birgə iş birliyini və kommunikasiyalarının artırmaq lazım olduğun bildirib.

“Çin və ABŞ qarşılıqlı faydalı əməkdaşlığa riayət etməli, sülh içində yaşamalı və beynəlxalq öhdəlikləri yerinə yetirməlidir” – deyə çin lideri qeyd edir.

İki liderin onlayn görüşü saat 08:46-da (Bakı vaxtı ilə 04:46) başlayıb. Bu, Co Baydenin 2021-ci ilin yanvarında vəzifəyə başlamasından sonra Si Cinpinlı ilk görüşdür.

Bu danışıqdan sonra çin valyutası bahalaşıb. Belə ki, 1 dollar 6.3666 yuan təkil edib, bu da iyundan bu tərəfə ən yüksək göstəricidir. Riskə həssas sayılan Avstraliya və Yeni Zelandiya valyutaları isə ABŞ dolları qarşısında 0.2% yüksəlmişlər.

Lakin, maraqlı hadisə hazırda ABŞ dollarının indeksinin bir neçə valyuta qarşısında ucuzlaşmasına rəğmən, onun 6 əsas valyuta qarşısındakı indeksi bir qədər də yüksələrək 95.470 bəndə çatıb. Bu da sessiya ərzində 0.1% artımdır.

“Avro $1.12, funt sterlinq $1.32-ə kimi ucuzlaşa, qızıl isə 1900$-a yüksələ bilər. Foreks bazarlarında dollar indeksinin yüksəlməsi, kriptovalyuta birjalarında bitkoinin də korreksiyasına səbəb olur. Burada növbəti artım dalğası üçün investorlar 66 min dollar müqavimətin qırılmasını gözləyirlər” – bunu isə Azərbaycanda fəaliyyət göstərən “İnvestAZ” bildirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər