15 C
Baku
Saturday, October 19, 2024

Stiven Hoking-in adı ticarət nişanı olacaq

Stiven Hoking öz adının ticarət nişanı olaraq qeydiyyatdan keçirilməsi prosesinə başlayıb.

Fizik artıq bütün tələb olunan sənədləri Böyük Britaniyanın Əqli mülkiyyət ofisinə təqdim etmişdir. Qeyd edək ki, burada onun adının kommersiya məqsədilə istifadə edilməsinə hüququnun verilməsi prosesinə başlanılıb. 

Alim öz adı ilə satılan məhsullardan əldə edilən gəlirləri xeyriyyə məqsədi ilə xərcləməyi planlaşdırır, xüsusilə də QİÇS xəstəliyi ilə. Alimin işlədiyi Camridge universitetinin nümayəndəsi bildirmişdir: “Bu universitetin deyil, Hokingin şəxsi qərarıdır. Lakin deməliyəm ki, o öz adının qorunması üçün düzgün addım atıb”.

 Hazırda internetdən Hoking-in təsviri olan suvenir və alt paltarı əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər