“Kontakt Home”-da 60%-dək meqa-endirimlər olacaq – CƏMİ 3 SAAT ƏRZİNDƏ

®Siz istədiniz, sevindirən şəbəkə yerinə yetirdi. Ötən günlərdə “Kontakt”ın region mağazalarında böyük marağa səbəb olan “Axşambazarı” kampaniyası bu dəfə paytaxta qayıdır!

Yalnız 1 gün, noyabrın 19-u, axşam saat 21:00-dan gecə 00:00-dək Bakı üzrə bütün “Kontakt Home” və “Kontakt Smart” mağazalarında smartfonlar, televizorlar, məişət əşyaları, mebellər… xülasə, ev üçün axtardığınız hər növ məhsula nağd alışda 60%-dək endirim olacaq.

Telefonunuzu dəyişməyin vaxtıdır? Cehiz almaq istəyirsiniz? Dərslər üçün yeni noutbuk gərəkdir? Sözügedən endirimlər sizin üçündür. Bir payız Axşam Bazarında qızıldan dəyərli 3 saatınızı münasib qiymətə yeni məhsul əldə etməklə dəyərləndirə bilərsiniz.

Endirimlərin bir qisminə nəzər yetirək:

-Buxarlı Hoffmann ütüsü məhz 60% endirimlə cəmi 19 manata;

-108 sm-lik LG televizoru 1350 yox, cəmi 1049 manata;
– 128 GB-lıq Samsung Galaxy A52 smartfonu 720 yox, cəmi 649 manata;
-7 kq tutumlu Bosch paltaryuyanı 1130 AZN yox, cəmi 799 manata;

Smart yataq dəsti isə nə az, nə çox 426 manat endirimlə cəmi 990 manata olacaq. 

Nağd pulunuz yoxdursa, təəssüflənməyin. Ailənizin sevimlisi “Kontakt” endirimli qiyməti yerindəcə 3 aya ödəmək imkanı da yaradır. Taksit kartınız varsa, endirimi 24 ayadək faizsiz hissələrə də bölə bilərsiniz.

“Kontakt” bütün məhsulların qiymətinə 120% zəmanət verir. Əgər burada gördüyünüz hər hansı məhsulu digər şəbəkədə daha ucuz tapsanız, “Kontakt” aradakı fərqin 120%-ini sizə geri qaytaracaq!

Bu şərtləri əldən qaçırmamaq üçün noyabrın 19-u saat 21:00-da Bakı üzrə sizə ən yaxın “Kontakt Home” mağazasına gəlin.

Azərbaycanın ən böyük riteyl şəbəkələrindən biri olan “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 34 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər