15 C
Baku
Saturday, October 19, 2024

Microsoft pul köçürmələri ilə məşğul olacaq

Microsoft şirkəti törəmə Microsoft Payments, Inc. şirkəti vasitəsilə pul köçürmələri həyata keçirmək üçün rəsmi olaraq lisenziya almağa hazırlaşır. Şirkət müvafiq sənədi 2015-ci ilin mart ayında əldə edib. Pul köçürmələri həyata keçirmək üçün lisenziya ABŞ-ın bütün 50 ştatından alınmışdır.

Əvvəllər Microsoft şirkətinin ödəmə bazarına girəcəyi, Apple Pay və Samsung Pay ilə rəqabətə qoşulacağı bildirilmişdi. Gözlənilənlərə əsasən, Windows 10 əməliyyat sisteminin növbəti yeniliyi NFC texnologiyası əsasında mobil ödənişləri dəstəkləmək olacaq.

Bundan əlavə, əməliyyat sistemi Host Card Emulation (HCE) texnologiyasını da dəstəkləyəcək. Bunun üçün Microsoft Visa, MasterCard və American Express kimi ödəniş sistemləri ilə partnyorluq razılaşması imzalayacaq.

Son xəbərlər
Digər xəbərlər