ABŞ prezidenti Co Baydenin reytinqi tarixi minimuma düşüb.
Banker.az xəbər verir ki, Kvinnipeksk Universitetinin hesablamalarına görə, onu amerikalıların cəmi 36%-i bəyənir. Xatırladaq ki, əvvəlki rekord oktyabr ayında qeydə alınıb və 38% təşkil edib.
Respondentlərin 53%-i cənab Baydenin fəaliyyətini dəstəkləmir (bir ay əvvəlkindən 1% çox). Bildirilir ki, amerikalılar prezidentin fəaliyyətini dörd sahə üzrə qiymətləndiriblər: iqtisadiyyat (34% Baydeni dəstəkləyib), koronavirusa qarşı mübarizə (45%), xarici siyasət (33%), iqlim dəyişiklikləri ilə mübarizə (41%).
Baydenin reytinqini ölkənin cənub sərhədindəki immiqrasiya böhranı, o cümlədən Əfqanıstandakı fiasko və iqtisadi vəziyyət sarsıdıb. Son sorğu göstərir ki, ABŞ vətəndaşlarının siyasətdən mümkün qədər uzaq olan və özlərini nə demokratların, nə də respublikaçıların tərəfdarı hesab etməyən vətəndaşlar daha çox tənqidlə çıxış edib.