Peşəkar yönümlü sosial şəbəkə LinkedIn professional vərdişlərin təkmilləşdirilməsi üzrə ixtisaslaşmış Lynda.com portalını əldə edəcək. LinkedIn-in verdiyi məlumata görə, müqavilənin dəyəri təqribən 1,5 milyard dollar təşkil edəcək.
Sosial şəbəkə müqaviləni artıq 2015-ci ilin II rübündə başlamaq niyyətindədir. Məbləğin böyük hissəsi (52%) nağd, qalan hissəsi isə sosial şəbəkənin səhmləri ilə ödənəcək. Lynda.com komandası tam heyətlə LinkedIn-ə qoşulacaq.
Lynda.com saytında biznes, web-development, dizayn, fotoqrafiya, video-çəkiliş və 3D-animasiya ilə bağlı 6 mindən çox təlim kursu yerləşdirilib. Hər bir kurs video formatında bir neçə mühazirədən ibarətdir. Ümumilikdə saytda 260 mindən çox videokurs yer alıb.