12 C
Baku
Monday, November 25, 2024

ASAN Xidmətin səlahiyyəti ilə bağlı fərman

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti  2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb.

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının  5.15.5-ci yarımbəndində “xidmətə göndərildiyinə” sözləri “xidmətdə olmasına” sözləri ilə əvəz edilib.

Həmin yarımbənddə “vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərildiyinə dair arayışın verilməsi” kimi qeyd edilir.

Son xəbərlər
Digər xəbərlər