Dövlətə məxsus quş əti istehsalçısı olan bir neçə səhmdar cəmiyyətin paylarının bir hissəsi təkrar hərraca çıxarılır.
Banker.az xəbər verir ki, “Salyan broyler”, “Salyan Reproduktor Quşçuluq” və “Biləsuvar Broyler” səhmdar cəmiyyətləridir. Şirkətlərin hər birinin bir səhminin qiymətinin dəyəri 2 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu şirkətlərin səhmləri 2018-ci ildən bu tərəfə hərraclara çıxarılsa da, onlara müştəri tapa bilmir.
Hərrac 2021-ci il dekabr ayının 21-də keçiriləcək təkrar pul hərracında səhmləri satışa çıxarılacaq
Broylerlərdən ən böyüyü sayılan “Salyan Broyler”in səhm kapitalı 1 120 118 manatdır. Şirkət Salyanın Xələc kəndində yerləşir. Şirkətin səhmlərinin sayı 560 059 ədəd səhmindən 168 225 ədədi, yaxud 30.04%-i özəlləşdirilir.
Bu da o deməkdir ki, bu səhmlərin nominal dəyəri 336 450 manat təşkil edəcək.
ƏMDX qeyd edir ki, ilkin qiymət kimi səhmlər 168 225 manata investorlara təkli ediləcək. Səhmləri əldə etmək üçün investor həm fiziki, həm də hüquqi şəxs olmalıdır.
1998-ci ildən dövlət qeydiyyatına alınan “Biləsuvar Broyler” Biləsuvar rayonu Nəsimi kəndində yerləşir. Şirkətin səhm kapitalı 297 458 manatdır. Dövlət əmlakı sayılan bu səhmdar cəmiyyətin 148 729 səhmi vardır ki, hərracda bunların 30.08%-i, yaxud 44 733 ədədi satışa çıxarılacaq. Bu da 89.47 manatlıq səhm paketidir. Təklif edilən ilkin hərrac dəyəri 44.73 min manat olacaq.