12 C
Baku
Tuesday, May 7, 2024

Bakı-Minvodı marşrutu üzrə əlavə aviareyslər yerinə yetiriləcək

Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə dörd əlavə reys həyata keçirəcək.

Əlavə reyslər həftədə bir dəfə çərşənbə axşamı günləri 21 dekabr 2021-ci il tarixindən 11 yanvar 2022-ci il tarixinədək “Airbus A319” hava gəmisi ilə yerinə yetiriləcək.Xatırladaq ki, hazırda AZAL Bakı-Minvodı aviareysi üzrə həftədə bir dəfə – bazar günü uçuşlar yerinə yetirir. Bundan başqa, sözügedən aviareys üzrə Rusiyanın “Azimut” (II günlər), “İkar” (V günlər), S7 (II günləri) və “Ural Airlines” (IV günlər) aviaşirkətləri uçuşlar həyata keçirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər