6 C
Baku
Sunday, December 15, 2024

Çexiyada koronavirusa görə fövqəladə vəziyyət tətbiq ediləcək

Çexiya hökuməti koronavirusla əlaqədar noyabrın 26-dan ölkədə fövqəladə vəziyyət tətbiq edəcək.

Bu barədə “Mlada fronta DNES” qəzeti məlumat yayıb.

Fövqəladə vəziyyət 30 gün müddətinə tətbiq edilir.

Buraya birinci mərhələdə 1 000-dən çox insanın iştirakı ilə keçirilən kütləvi mədəniyyət və idman tədbirlərinin ləğvi, restoran və barların bağlanması daxildir.

Qərara əsasən, yalnız küçələrdə Milad bazarlarına icazə verilir.

Qeyd edək ki, noyabrın 22-dən etibarən Çexiyada peyvənd olunmayan və koronavirusa yoluxmayan vətəndaşlar üçün karantin rejimi artıq qüvvədədir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər