“Adidas” şirkəti “Twitter”də “Coinbase” kriptobirjası ilə tərəfdaşlıq müqaviləsini bağladığını açıqlayıb. Xatırladaq ki, oktyabrın sonunda “Coinbase” tətbiqi “TikTok”, “Instagram” və “YouTube”u keçərək “AppStore”da ən çox yüklənən proqrama çevrilib.
Banker.az xəbər verir ki, “Adidas” “The Sandbox” layihəsi ilə birlikdə öz metaserverlərinin yaradılmasına işarə edib. Bu, virtual torpaq ala, avatarlar və müxtəlif əşyalar yarada biləcəyiniz oyun metaserveridir. Layihə hazırda işləmə mərhələsindədir.
Ay ərzində “The Sandbox” tokeninin qiyməti 900%-dən çox artıb. Noyabrın 25-də altkoin 8.4 dollardan yuxarı qalxaraq tarixin maksimumuna çatıb.
Xatırladaq ki, noyabrın əvvəlində 40 milyon dollara Hindistanın süni intellektlə işləyən və müştəri dəstəyi platformasını idarə edən “Agara” startapını alıb. Bununla şirkət müştəri təcrübəsini təkmilləşdirmək istəyir.