“Xiaomi” yeni “Note” seriyalı smartfonunu təqdim edib – Qiyməti $226

“Xiaomi” şirkəti yeni ucuz “Redmi Note 11T 5G” smartfonunu təqdim edib.

Banker.az xəbər verir ki, plastik korpusda hazırlanmış yenilik 6.6 düymlük IPS-displey, 16 MP-lik ön və 50 MP + 8 MP arxa kamera ilə təchiz edilib.

Redmi Note 11T 5G EmvRy

Smartfonun operativ yaddaşının həcmi konfiqurasiyadan asılı olaraq 4/6/8 GB, daxili yaddaşının həcmi isə 64 və ya 128 GB təşkil edir. Cihaz 5000 mAh tutumlu batareya alıb, eyni zamanda barmaq izi, Wi-Fi 6 və Bluetooth 5.1 təchiz edilib.

Redmi Note 11T 5G AEkzaw

Hindistanda “Redmi Note 11T 5G” smartfonunun satışları bu gündən başlayır. Baza versiyanın qiyməti 226 dollar təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər